Azərbaycan millisinin 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin ilk turunda Bolqarıstan yığmasına qarşı sərgilədiyi oyun AFFA rəhbərliyini qane etməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
Məmmədov bildirib ki, Bolqarıstanı udmaq lazım idi: "Təbii ki, yığmamızın oyunu bizi qane etmədi. Udmaq lazım idi. Biz də istəyirik ki, komandamız udsun, 3 xalını qazansın. Məncə, bu, mümkün idi".
Baş katibin fikrincə, Rusiya və Özbəkistanla yoldaşlıq görüşlərində millimizin zəif çıxışı Bolqarıstanla rəsmi oyun öncəsi həyəcan siqnalı sayıla bilməzdi: "Xeyr, bunlar yoldaşlıq görüşləri idi. Özbəkistana qarşı fərqli heyət çıxmışdı. Rusiya ilə səfər matçında da baş məşqçi bir sıra futbolçuları yoxlayırdı. Məncə, Rusiya və Özbəkistana qarşı sərgilənən oyunların Bolqarıstanla matçdakılara təsiri yox idi. Mən əksini düşünürəm. Fikrimcə, yoldaşlıq oyunlarının yalnız müsbət təsiri oldu. Komanda yoxlama matçı keçirməlidir də..."
AFFA rəsmisi 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanma məqsədinin məntiqli olduğunu da əlavə edib: "Baş məşqçimiz Berti Foqts yəqin ki, komanda üzvləri ilə danışaraq, belə bir hədəf müəyyənləşdirib. Biz də millimizin qarşısında bu məqsədi qoymuşuq. Məntiqlə yanaşsaq, ötən seçmə tsikldə yığmamız 4-cü olmuşdu. İndi niyə də 3-cü olmasın? İldən-ilə, mövsümdən-mövsümə inkişaf olmalıdır. Düzdür, hazırkı qrupumuz ağırdır. Amma hədəf, məqsəd olmalıdır. Məncə, rəqibin kimliyindən asılı olmayaraq, meydana qələbə, minimum uduzmamaq üçün çıxmaq lazımdır".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |