İspaniya çempionatının V tur matçında "Barselona"nın futbolçusu Lionel Messi ilə "Malaqa"nın müdafiəçisi Veliqton arasında insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, oyun zamanı baş verən münaqişə nəticəsində Veliqton Messinin sifətindən tutaraq, itələyib.
Baş hakim ona və "Barsa"nın futbolçusu Jerar Pikeyə sarı vərəqə göstərib.
Oyundan sonra Veliqton Messinin onu təhqir etdyini bildirib: "O, məni it balası adlandırdı. Ona görə də sifətindən tutdum. Həmin epizodda topu almaq istərkən, bilmədən Messinin üzünə toxundum. Sonra o, məni axtarmağa və təhqir etməyə başladı. Məhz bu zaman mən sifətindən yapışdım".
Qeyd edək ki, oyun qolsuz heç-heçə ilə nəticələnib.