O, statusunda heç bir sübut olmadan yalan və böhtanla şərləndiyini üstüörtülü şəkildə çatdırıb: "Bu mövzunu yazmazdan əvvəl çox düşündüm. Və hətta yazmaq istəmədim. Amma bu suallara tək cavab tapa bilmədiyimdən bu qərara gəldim. Hər şeyin ikili olduğu bir dünyada yaşayırıq. Bir-biri ilə təzadda olan hisslər, duyğular, insanlar... Təzadda olan yaşamlar, dünyalar, iç aləmlər... Bir cismin iki üzü – görünən və görünməyən, iki tərəfi – işıq və kölgə düşən... Sizcə, bunlar hamısı təsadüfdürmü? Bəlkə yaxşının altından xətt çəkilməsi üçün pislik, xoşbəxtliyin hiss edilməsi üçün bədbəxtlik, xeyirə qiymət verilməsi üçünsə şər lazım imiş?
Peyğəmbər (s): "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir odlu təpənin üstündə saxlayar".
Qeyd edək ki, "Neftçi" rəhbərliyi Orxan Məmmədovu qərəzli idarəçilikdə ittiham edərək, Reynaldonun ayrı-ayrı epizodlarda qırmızı vərəqəyə layiq kobudluq və simulyasiyaya yol verdiyini bildirib.