"Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Deyan Blajevskinin Sportnet.az-a müsahibəsi
- Qəbələ səfərində 1 xal qazandınız. Oyun barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu oyunda biz meydanda daha yaxşı idik. Qələbə üçün yaxşı şansımız var idi. Amma son nəticəni təyin etmək üçün imkanlardan istifadə edə bilmədik.
- Komandanın yeganə qolunu Siz vurdunuz. Hansı hissləri keçirirsiniz?
- Qalib gəlsəydik, daha çox sevinəcəkdim. Lakin vurduğum qolla komandama 1 xal qazandırdığım üçün sevincliyəm.
- Ardıcıl qələbələr qazana bilmirsiniz. Komandanın problemi nədir?
- Problemimizin nə olduğunu bilmirəm. Bütün oyunlarda yaxşı çıxış edirik, amma sonda adi səhvlərdən qol buraxırırq. Düşünürəm ki, bəxtimiz gətirmir.
- Problem hücumçu çatışmazlığında ola bilər?
- Problemin bu olduğunu düşünmürəm. Çünki oyunlarda qapıya zərbələri ancaq hücumçumuz vurmur. Mən zərbə endirirəm, sağ, sol cinah yarımmüdafiəçiləri hücum edir, Rəşad Sadiqov, Rahid Əmirquliyev uzaqdan qapıya zərbələr endirir, amma top, nədənsə, qapıya daxil olmur.
- Bəlkə bu, rəqib qapısına doğru irəliləyə bilməməyinizdən irəli gəlir?
- Xeyr, mən belə düşünmürəm. Çünki komanda yoldaşlarım can-başla 90 dəqiqə mübarizə aparırlar. "Sumqayıt”la oyunu xatırlayın. Hücum edən ancaq biz idik. Rəqib bir hücum elədi, penalti, qırmızı vərəqə və qol. Bu, sadəcə bəxtsizlikdir.
- Çempionata 3 həftəlik fasilə verilir. Bu müddət ərzində komanda toparlanaraq azarkeşləri qələbələrlə sevindirə biləcək?
- Fasilədən maksimum dərəcədə istifadə edib, komandadakı ab-havanı yüksəltməliyik. Gələcək qarşılaşmalarda mütləq qalib gəlməliyik. Sonda uğur qazanmaq istəyiriksə, bundan sonrakı bütün rəqiblərimizi məğlub etməyə borcluyuq.
- İndiki halda bu, çətin olmayacaq?
- Komandada istək var. İstək varsa, hər bir çətinliyin öhdəsindən gələ bilərik.
İlkin SULTANLI