"Kədərliyəm. Çünki qalib gəldiyimiz oyunda, şansı əldən verdik.
"Xəzər Lənkəran" sona 5 dəqiqə qol vurdu. Lakin, bu həyatdı. Yolumuza
davam etməliyik". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin
hücumçusu Yazalde Pinto deyib.
Portuqaliyalı hücumçu, həmçinin 3 həftəlik fasilədən sonra, komandanın mütləq qələbə qazanacaqlarını bildirib: "Qarşıda 3 həftəlik fasilə var. Bundan istifdə edib komandadakı çatışmazlıqları aradan qaldırmalıyıq. Qarşıdakı bütün matçlarda mütləq qələbə qazanmalıyıq. Hədəfimiz çempionluqdursa, bunu bacarmalıyıq."