
"Neftçi"nin yeni vitse-prezidenti Elnur Məmmədov təqdimat mərasimində fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, Məmmədov kluba yenicə gəlməsinə baxmayaraq, özünü bu ailənin üzvü saydığını bildirib.
O qeyd edib ki, "Neftçi" ölkə futbolunda ad-sanı olan, öz möhürünü vurmuş komandadır: "Mən hələ AFFA-da çalışdığım vaxt bu klubla sıx təmasda idim. Komandanın bir çox oyununu da izləmişəm, əldə etdiyi nailiyyətlərdən xəbərdaram. Bu uğurları daha da davam etdirməyə çalışacağıq".