
Dəyərli oxucular! Sportnet.az-ın "Sorğu" rubrikasının növbəti sualı Avropa Liqasının qrup mərhələsində çıxış edən Ağdamın "Qarabağ" klubu ilə bağlı olub.
Təmsilçimiz oktyabrın 23-də III turun oyunları çərçivəsində Ukraynada "Dnepr"in qonağı olacaq. Turnir cədvəlinin lideri İtaliyanın "İnter" klubu isə Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq.
Sualı isə belə ünvanlamışdıq: "Avroliqada "Qarabağ"ın yer aldığı qrupda III turdan sonra hansı dəyişikliklər olacaq?"
Sorğumuzda iştirak edən respondentlərin 38 %-i "Qarabağ"ın sonuncu pillədən qurtulacağına səs veriblər. Səsvermənin yekunu aşağıdakı kimidir:
1. "Sent-Etyen", "Dnepr" və "Qarabağ" da qol hesabını açacaq - 14 (21.54%)
2. "Qarabağ" sonuncu pillədən qurtulacaq - 38 (58.46%)
3. "İnter" ilk məğlubiyyətini alacaq - 3 (4.62%)
4. "Qarabağ" yenə xalsız qalacaq - 6 (9.23%)
5. "Dnepr" ikinci pilləyə yüksələcək - 4 (6.15%)
F qrupu
1. "İnter" 2 2 0 0 3-0 6
2. "Sent-Etyen" 2 0 2 0 0-0 2
3. "Dnepr" 2 0 1 1 0-1 1
4. "Qarabağ" 2 0 1 1 0-2 1
Qeyd edək ki, "Dnepr"lə "Qarabağ" arasında matç yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 24 oktyabr saat 00:05-də) start götürəcək.