"Çətin oyun oldu. Oyuna yaxşı başlamışdıq. Rəqib qapımıza doğru hücumlar edib, qol vurmağa çalışırdılar. Amma vura bilmədilər". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Reynaldo "Qəbələ" ilə matçdan sonra deyib.
Braziliyalı hücumçu son zamanlar haqqında deyilən söz-söhbətə də münasibət bildirib: "Yaxşı oldu ki, vura bilmədilər. İkinci hissədə oyuna yaşı başladıq, qol da vura bildik. Son zamanlar haqqımda şaiə gəzir ki, guya xəsislik edirəm. Komandamın uğurları üçün əlimdən gələn hər şeyi edirəm. Ola bilər ki, hərdən irəlidə tək olduğuma görə, pas verə bilmirəm. Mən bacardığımı edib, vuruam, sadəcə top qapıdan keçmir. Maksimum çalışacam ki, çoxlu qol vurum".
Qeyd edək ki, Premyer Liqanın VIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.