"Qəbələ" klubunun futbolçusu Ruslan Əmircanov Topaz Premyer Liqasında ilk dövrənin son oyunlarında meydana çıxmayacaq. Bu barədə Sportnet.az-a 29 yaşlı müdafiəçinin özü məlumat verib.
O bildirib ki, oktyabrın 29-da keçiriləcək X turda meydana çıxacaq: "Terapiya vaxtı bitib. Sabah mən də komanda ilə birgə Qəbələyə gedəcəyəm. Fərdi məşqlərə başlayacağam. Ağrılarım tam keçməyib. Həkim deyir, elə ciddi problem yoxdur, məşqə başlaya bilərsən. "Sumqayıt”la oyuna çətin ki, hazır olam. Amma inşallah, "Araz Naxçıvan”la səfər oyununa çıxa biləcəm. Ümid edirəm ki, o vaxta kimi düzələrəm”.
Qeyd edək ki, Əmircanov "Araz Naxçıvan"la oyuna hazır olacaq.