
"Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının VIII tur oyununda "Bakı"nı 4:0 hesabı ilə darmadağın edən "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
O, komandasının yaxşı oyun sərgiləyərək, üç xal qazandığını bildirib. Türkiyəli mütəxəssis böyük hesablı qələbəyə rəğmən, hədəflərinin böyük olduğunu açıqlayıb: "Qarşıda bizi "Qarabağ”la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. "Bakı”nın hədəfləri böyük olmasa da, arzusu böyükdür. Sevindirici haldır ki, qələbə qazandıq”.