Azərbaycanın FİFA referisi Əliyar Ağayevin gənclər arasında Çempionlar Liqasının qrup mərhələsinə baş hakim kimi təyinat aldığı "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) qarşılaşması artıq başa çatıb. Sportnet.az-ın məlumatına görə, D qrupunun İstanbulda keçirilən oyununda meydan sahiblər çətinliklə qələbə qazanıblar.
3:2 hesabı ilə başa çatan matç insidenstiz ötüşüb və Ağayev cəmi bir dəfə əlini cibinə atmalı olub. Qələbə qolunu 89-cu dəqiqədə Can Davasla vuran "aslanlar"ın bu, cari qrup mərhələsində 2-ci qələbəsi olub.
----------------------------------------------------------------------------------------------------------------------------
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu gün gənclər arasında Çempionlar Liqasında Türkiyənin "Qalatasaray" və Almaniyanın "Borussiya" (Dortmund) klublarının oyununu idarə edəcək. Sportnet.az-ın məlumatına görə, D qrupunda baş tutacaq qarşılaşma İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda olacaq.
Bu görüşdə Ağayevə həmyerlilərimiz Rza Məmmədovla Knyaz Əmiraslanov yan xətt hakimləri qismində kömək edəcəklər. 4-cü hakim funksiyasını Türkiyəli Mərt Güzəngə yerinə yetirəcək. İvan Lekov (Bolqarıstan) UEFA nümayəndəsi, Zihni Aksoy (Türkiyə) hakim-inspektor olacaq.
Bu, azərbaycanlı referinin Çempionlar Liqasının qrup mərhələsində idarə edəcəyi ilk qarşılaşma kimi tarixə düşəcək.