— Qarşıda "Dinamo", "Şaxtyor" və "Qarabağ"la oyunlarınız var. Hansı daha ağır olacaq?
— Hər bir oyun ağır olacaq.
— Bu, komanda üçündür. Bəs şəxsən Sizin üçün?
— Bilmirəm... Yəqin ki, "Dinamo" ilə oyun.
— Bir neçə gün öncə "Qarabağ"la ev oyunu uğursuz alındı. Necə fikirləşirsiniz: Səfərdə vəziyyəti düzəltməyə gücünüz çatacaq?
— Fikrimcə, biz "Qarabağ"dan güclüyük. Hərçənd, onlar da yaxşı komandadır: braziliyalılar da, Makedoniya yığmasının futbolçusu (Muarem Muarem - red.) da.
— Bəs Bakıdakı oyun son şans olacaq?
— Bəli. Udmaq lazımdır.
— Nəyə görə "Dnepr" evində və səfərdə fərqli komandadır?
— Burada biz öz azarkeşlərimiz qarşısında çıxış edirik. Məncə, "İnter" və "Qarabağ"a qarşı da burada oynasaydıq, stadion dolu olardı.