
AFFA-nın Lisenziyalaşdırma Qrupunun 2013-2014-cü il mövsümünə həsr olunmuş hesabatı bir sıra maraqlı faktlar üzə çıxarıb. Sportnet.az-ın məlumatına görə, belə faktlardan biri klubların gəlir mənbələri ilə bağlıdır.
2012-ci il Maliyyə ilinə dair UEFA-nın "Sixth Club Licensing benchmarking report on European Club Football" hesabatına görə Avropada gəlirlərin 54%-ini teleyayım və sponsorlardan əldə olunur. Azərbaycanda isə ümumi gəlirlərin 91%-i sponsorlardan əldə olunur.
Avropa klublarının ümumi gəlirinin 31%-ni telayayımdan əldən olunursa, Azərbaycanda bu rəqəm 0 %-dir.
Avropada gəlirlərin növü kimi 3-cü yerdə biletlərin satışı göstərilir (18%). Biz də biletlərin satışı ümumi gəlirlərin yalnız 1%-ni təşkil edir.
Ötən mövsümün hesabatına əsasən yerli klubların büdcəsinə hardan vəsait daxil olduğu aşkarlanıb.
Son çempion "Qarabağ" 85 % gəliri kommersiya fəaliyyətindən daxilolmalar və sair gəlirlərlərdən, 10 %-iniUEFA-dan gəlirlərdən qazanıb.
"İnter" ilə "Qəbələ" 90-95% arası gəliri kommersiyadan və sair daxil olanlardan əldə edib.
"Neftçi"də bu göstəricidir 70%-dir. 20 % isə UEFA-dan qazanıb.
Bilet satışından isə yalnız "Neftçi" və "Bakı" təxmini 10 %-ə yaxın gəlir əldə edib. Digər klublarda isə qazanc ancaq kommersiya fəaliyyətindən və sair gəlirlərlərdən olub.