Ötən mövsümün
böyük hissəsində cəzalı olduğu üçün təyinat almayan Anar Salmanov cari mövsümdə
də hələlik heç bir oyun idarə etməyib. Sportnet.az-ın məlumatına görə, Avropa
miqyaslı yarışlara təyinat alan FİFA dərəcəli hakimimiz artıq noyabrın
sonlarından daxili birincilikdə də oyun idarə edə bilər.
Anar Salmanov ilk növbədə normativ verəcək. Noyabrın 2-dən sonra çempionatda yaranacaq fasilə müddətində AFFA Hakimlər Komitəsi onu sınaqdan keçirəcək. Məhz bu normativlərin nəticəsinə görə, referiyə Premyer Liqa, yoxsa I Divizion oyunlarına təyinat verilməsi qərarlaşdırılacaq. Əgər FİFA hakiminin hazırkı durumu Hakimlər Komitəsini məmnun edərsə, artıq 12-ci turdan etibarən onun Premyer Liqaya dönüşü rəsmiləşəcək.