Sadıq Sadıqov:”Daxili problemlərimiz yaxşı oynamağımıza imkan”
"Neftçi"nin prezidenti Sadıq Sadıqovun Sportnet.az-a müsahibəsi...
- AZAL-ı darmadağın etdiyiniz oyunla bağlı nə düşürsünüz?
- Böyük hesabla qalib gəldik, oyunumuz şəxsən mənə ləzzət elədi. Düzdür, belə qalibiyyətlərimiz az-az olur, çünki çempionatda olan komandalar həmişə belə zəif oynamırlar. "Neftçi” ilə AZAL arsındakı matçlar hər zaman maraqlı olur. Bu gün AZAL ilk 20 dəqiqə yaxşı mübarizə apardı, amma sonra komandamız öz gücünü nümayiş etdirdi.
- Belə fikirlər səslənir ki, "Neftçi” əvvəlki kimi hücum futbolu oynamır. Siz də bu cür düşünürsünüz?
- Hazırda baş məşqçimiz Arif Əsədovdur və o, bizi qane edir ki, gətirib baş məşqçi qoymuşuq. Bu gün oynadığımız futbol da onun taktikasıdır. Son iki oyunda 7 qol vurmuşuq. Bu da onu göstərir ki, müdafiə futbolu oynamırıq. AZAL-la görüşdə Nfor daha güclü oynasaydı, qol sayımız 6-ya qədər yüksələ bilərdi.
- Çempionatda olan belə zəif klublara qarşı motivasya olmaq sizin üçün çətin deyil?
- Bəzən olur, amma bu gün soyunub-geyinmə otağında oyunçulara bu görüşün bizim üçün vacib olduğunu dedim. Digər rəqiblərimizi qabağa buraxmaq istəmirik və futbolçularımız da əllərindən gələni etdilər.
- "Neftçi”nin daxilində problemlər olduğu söylənilir. Bu haqda nə deyə bilərsiniz?
- Düzdür, daxili problemlərimiz var. Belə problemlər də yaxşı oynamağımıza mənfi mənada təsir edir. Maliyyə çətinliyimiz də bu problemlərdən biridir, amma "Neftçi” böyük kulubdur. Tezliklə və hər şey yaxşı olacaq.
Orxan QASIMLI