
Avropa
Liqasının qrup mərhələsində iştirak edən Azərbaycanın "Qarabağ" klubunun Bakıda Ukraynanın "Dnepr" komandası ilə keçirəcəyi
oyunun hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 6-da
baş tutacaq qarşılaşmanı polşalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Pavel Gil olacaq. Ona xətt hakimləri qismində həmyerliləri Pyotr Sadçuk və Martsin Borkovski kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi Konrad Sapela olacaq.
Pavel Raçkovski və Kristof Yakubik isə əlavə köməkçi hakim funksiyasını yerinə
yetirəcəklər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat
21:00-da başlayacaq.