Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ”la
qarşılaşacaq "Dnepr” klubunun futbolçusu Yevgeni Şaxov mətbuat konfransında
iştirak edib. Sportnet.az-ın məlumatına görə, futbolçu oyun öncəsi fikirlərini
açıqlayıb.
Şaxov daha çox komandasının
son oyunlardakı çıxışına toxunub: "Son matçlarda nəsə oyunumuz alınmır. Düzdür,
"Dinamo”ya uduzmaq pisdir, ancaq böyük hesabla uduzmaq çox pisdir. Ancaq indi
fikrimiz "Qarabağ”la oyunadı.”
Qeyd edək ki, "Qarabağ” – "Dnepr” qarşılaşması sabah saat 21:00-da Tofiq Bəhramov stadionunda keçiriləcək.