Avropa Liqasında qrup
mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda
"Dnepr" klubunu qəbul edən "Qarabağ” məğlubiyyətlə üzləşdi.Sportnet.az-ın məlumatına görə, "Qarabağ”ın kapitanı Rəşad
Sadıqov oyundan
sonra fikirlərini bildirib.
Sadıqov
ilk öncə oyun barədə danışıb: "Sərfəli nəticə qazanmalı idik. Lakin bacarmadıq.
Birinci oyunda Kaliniçi yaxşı bağlamışdıq. Ancaq bu dəfə öz səhvlərimiz
ucbatından ona mane ola bilmədik. Hamı oyunçuları şişirdir, havaya soxurlar. Ona
görə də psixoloji cəhətdən tükənirik. Çumbinyonun olmaması pis təsir elədi. Başqa
oyunçu olsaydı əvəz etmək olardı, ama ikinci pleymeykerin olmaması hücumların
qurulmasında çətinlik yaradırdı. Qarşıda "Sent Etyen” ilə oyunumuz var. Artıq
ona hazırlaşacağıq. Tələsmək lazım deyil. Həm medya, həm də azarkeşlər səbr etməlidilər.
Əlimizdən gələni edəcəyik. Qrupda güclü komandalarla oynayırıq. Bizdə qrupdan
çıxmaq istəyirik. Səbr etmək lazımdı”.
Kapitan
hakimlər haqda da fikir bildirib: "Hakim pis təsir bağışlamadı. Səhvlər oldu,
ama hamı səhv edir. Penalti epizodunu görmədim. Dəqiq bir şey deyə bilmərəm, epizod
mənə uzaq idi”.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" oyunu 1:2 hesabı ilə Ukraynalıların xeyrinə başa çatıb.