Avroliqanın IV turu çərçivəsində Ukraynanın "Dnep”
klubu ilə qarşılaşan "Qarabağ” klubunun azarkeşləri bu dəfə də diqqət
mərkəzində oldu. Sportnet.az-ın məlumatına görə, matçı izləyən fanatlarımız
növbəti dəfə TOP-5-də yer alıb.
Tofiq Bəhramov adına Respublika Stadinonunda
keçirilən "Qarabağ" - "Dnepr" oyununu 31.000 azarkeş
izləyib. Bu isə "Qarabağ" fanatlarını
IV tur çərçivəsində keçirilən oyunlarda ən çox azarkeş sayına görə TOP-5-ə
düşməsinə səbəb olub.
TOP 5-i təqdim edirik:
1. "Sent-Etyen" (Fransa) - "İnter" (İtaliya) - 36.411
2. "Sevilya" (İspaniya) - "Standard" Lyej (Belçika) - 35.000
3. "Everton" (İngiltərə) - "Lill" (Fransa) - 32.000
4. "QARABAĞ" (AZƏRBAYCAN) - "Dnepr" (Ukrayna) - 31.000
5. "Feyenoord" (Hollandiya) -
"Riyeka" (Xorvatiya) - 30.000
Qeyd edək ki, "Qarabağ” – "Dnepr” matç 1:2 rəqib komandanın qələbəsi ilə başa çatıb.