Zaqatalada hazırlıqları davam etdirən
"Simurq" sabah Bakıya gəlir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək noyabrın 13-də
"İnter"lə yoldaşlıq görüşü keçirdəcək.
"İnter Arena"da oynanılacaq qarşılaşma saat 17:00-da start
götürəcək.
Hazırlıqlarda
milli komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim
Abdullayev iştirak etmir. Zədə səbəbindən uzun müddətdir ki, komandadan ayrı düşən
Murad Səttarlı və Banas Adam artıq sıraya qayıdıb və çalışmalarda iştirak edir.
"Xəzər Lənkəran"la oyunda zədələnərək oyundan çıxan Tural Axundovda
artıq məşqlərə başlayıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqə çıxır.