1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Araz"ın baş məşqçisi: "Çox şadam"
"Araz"ın baş məşqçisi Tino Peres Rusiyanın "Dina" klubu ilə keçirdikləri futzal üzrə UEFA Kubokunun elit-raund qarşılaşmasını şərh edib. 45 yaşlı mütəxəssis 4:5 hesablı məğlubiyyəti yeni komanda olmaları ilə izah edib.
İspaniyalı baş məşqçi deyib: "İlk dəqiqələrdən sonadək əsəbi oyun getdi. Amma yaxşı matç alındı. İlk yarıda bizim üçün çətin idi. 5 cərimə zərbəsi, 1:3 hesablı məğlubiyyət. Amma ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Buna görə də çox şadam. Bu, yeni komandadır. İlk turda "Slov-Matik"ə xeyli epizodda uduzduq, elə indi də. Bu, idmandır".
Qeyd edək ki, "Araz" UEFA Kubokunun elit-raundunda ilk turu da məğlubiyyətlə başa vurub - 3:4.