 

Ukraynanın
qarışıq döyüş üzrə idmançısı Aleksey Oleynik Cared Roşoltla qarşılaşmadan öncə
çəki mərasimində maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb. Sportnet.az-ın
məlumatına görə, Oleynik mərasimə üzərində Rusiya prezidenti Vladimir Putinin
şəkli əks olunmuş futbolka ilə çıxıb.
	
	
37
yaşlı Xarkov doğumlu idmançı Ukrayna və Rusiya vətəndaşlığına sahibdir. Ancaq
son dönəmlərdə o Rusiya bayrağı altında çıxışlarını davam etdirir.
	
	
Qeyd edək ki, Oleynik sambo üzrə ikiqat Rusiya, Avroasiya və dünya çempionudur. Həmçinin o pankration üzrə Rusiya Kubokunun sahibidir.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































