"Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Markinyos Kariokanın sportnet.az-a müsahibəsi
-
Premyer Liqanın XIII turunda doğma azarkeşləriniz önündə "Simurq”a 2:3 hesabı
ilə uduzdunuz. Oyununuz
niyə alınmadı?
- Bu mövsüm "Qəbələ” özünü yaxşı tərəfləri ilə də göstərə
bilib. Amma əsas olan qalib gəlmək və xal toplamaqdır. "Simurq”la qarşılaşmada
da pis oynadığımızı düşünmürəm. Qalib də gələ bilərdik. Rəqibin vurduğu ilk
qoldan sonra meydanda mübarizə daha da qızışdı. İlk hissədə hesabı bərabərləşdirə
bildik. Buna baxmayaraq, ikinci hissədə buraxdığımız ani səhvlərdən qapımızda
qol gördük. Əlimizdən gələni etsək də, uduzduq. Evdə məğlub olacağımızı gözləmirdim.
Təəssüf ki, vacib 3 xal itirdik. Amma artıq nəticəni dəyişə biləcək nəsə
yoxdur.
- "Qəbələ”də
sənin oyunun niyə istənilən kimi alınmır?
- Hələ kluba tam uyğunlaşa bilməmişəm. Uzun müddətdir ki, özümü fiziki cəhətdən
də yaxşı hiss etmirdim. Bəzi oyunlarda yaxşı oynayırsan, bəzilərində isə oyunun
alınmır.
-
Qarşıdan "Neftçi” və "Xəzər Lənkəran”la çətin səfər matçları var. Ardıcıl 3
oyunda xallar itirirsiniz. Psixoloji cəhətdən bu matçlara hazırlaşa biləcəksiniz?
Ümumiyyətlə, belə oyunla komanda çempionatda nəyə nail ola bilər?
- Bu mövsüm əlimizdən gələni edəcəyik ki,
yaxşı nəticə qazanaq. Əsas odur ki, bundan sonra daha yaxşı məşq edək.
Addım-addım işimizi görməliyik. Başımızı aşağı salıb, qarşıdan gələn oyunlara
yaxşı hazırlaşmalı və uğur qazanmalıyıq.
-
Braziliyada "Parana” və Rumıniyada "Otselul” klublarının şərəfini qorumusan.
İndi 6 aya çatır ki, "Qəbələ”də çıxış edirsən. Azərbaycan futbolu haqda fikirlərin
necədir?
- Azərbaycan çempionatı güclü
birincilikdir. Bəzi komandalarda səviyyəli oyunçular da var. Amma biz yalnız öz
komandamız haqda düşünürük.
- Amma
yəqin ki, Braziliya və Rumıniyada "Araz-Naxçıvan” kimi bir komandanın
çempionatı yarımçıq dayandırması halı ilə rastlaşmamışdınız…
- Yox, mən həyatım boyu belə şey görməmişdim
ki, hansısa klub çempionatın ortasında mübarizədən çəkilsin.
-
"Simurq”a məğlubiyyət sizin çempionluq iddianıza son qoymadı ki?
-Yox, bizim çempion olmaq üçün
potensialımız var. Qarşıda hələ çox oyun var.
- Bu
oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçiniz Dorinel Muntyanu
qeyd etdi ki, start heyətini müəyyənləşdirməkdə səhv edib. Siz də start heyətində
yer almışdınız və 79-cu dəqiqədə 2-ci qolunuzun müəllifi Bəxtiyar Soltanovla əvəzləndiniz.
O məhz sizi nəzərdə tuta bilər?
- Bunu mən deyə bilmərəm. Məşqçinin fikri
belədirsə, özü də kimi və ya kimləri nəzərdə tutduğunu deyə bilər. Onun işinə
qarışa bilmərəm. Bütün qərarları o verir.
-
Braziliyalı üçün Qəbələ kimi soyuq iqlimi olan yerdə oynamaq çətin olmur?
- Bildiyiniz kimi, ötən mövsüm Rumıniyanın
Qalats şəhərində çıxış edirdim. Orda da buna bənzər soyuq hava vardı. Ona görə
də bu soyuq iqlimə öyrəşmişəm.
- Qəbələdəki
həyat tərzindən nə dərəcədə razısınız?
- İlk vaxtlar mənə burda oynamaq çətin
idi. Amma get-gedə burdakı həyat şəraitinə öyrəşə bilirəm.