Avropa Liqasının qrup
mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ”la qarşılaşacaq "Sent Etyen” daha
bir ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, Fransa təmsilçisinin gənc yarımmüdafiəçisi Alan Sent-Maksimi
zədələnib.
Onun hansı müddətə yaşıl meydanlara qayıdacağı hələlik sual altındadı.
Bu, "ağ yaşıllar”ın heyətində olan ikinci
itkidi. Bundan öncə rəqibin türkiyəli futbolçusu Mevlüt Ərdinçin də
oynamayacağı bildirilmişdi. "Sent Etyen”in zədəlilərini Renaud Kohade və
Maks Alan Qradelin əvəz etməsi gözlənilir.
Qeyd edək ki, "Sent Etyen” – "Qarabağ” matçı noyabrın 27-də, Bakı vaxtı ilə 00:05-də baş tutacaq.