Avropa
Liqasının F qrupunda mübarizə aparan "Qarabağ” 5-ci tur çərçivəsində sabah Fransanın "Sent-Etyen”
klubu ilə vacib qarşılaşmaya çıxacaq. Sportnet.az-ın məlumatına görə, Fransa
klubunun futbolçusu Romen Hamuma klubun rəsmi saytına oyun haqda fikirlərini
bidirib.
Yarımmüdafiəçi
"Qarabağ”la görüşün vacib olduğunu vurğulayıb: "Qarşımızda böyük bir həftə var.
"Lion”la derbidən öncə Avropa Liqasında vacib görüş keçirəcəyik. Hər iki
qarşılaşmada qələbə üçün oynayacağıq. Lakin ən mühümü "Qarabağ”la keçirəcəyimiz
oyundu. Qrupdan çıxmaq şansımız var. "Qarabağ"a oynamağa imkan verməməliyik”.
Qeyd edək ki, "Sent-Etyen” – "Qarabağ” matçı sabah saat 00:05-də start götürəcək.