
"Qarabağ"ın baş məşqçisi Qurban
Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turundasabah qarşılacaqları
"Sent-Etyen"lə oyun öncəsi fikirlərini bölüşüb. Sportnet.az-ın
UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşün çətin keçəcəyini
bildirib.
Gənc mütəxəssis səfərdə onları çətin oyunun gözlədiyini deyib: "Sent-Etyen"ləgörüşçətin
keçəcək. Üstəlik, biz səfərdə oynayırıq".
Təcrübəli
mütəxəssisheyətdə olanitkilərdən də danışıb: "Təbii ki, bir
sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı
nəzərə alsaq, istərdim ki sərəncamımda daha çox futbolçu olsun. Bununla belə,
oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq".
Qeyd edək ki, sabah keçiriləcək "Sent-Etyen" - "Qarabağ"
oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.