Dəyərli oxucular! Sportnet.az-ın "Sorğu" rubrikasının növbəti sualı hakimlərlə bağlı olub.
Topaz Premyer Liqasında hakimlərin idarəçiliyindən narazılıq hər turda özünü göstərir. XII turun bütün oyunlarından sonra hakimlikdən narazılıq olub. Hesabat turunda 4 qarşılaşmanın hər biri fit sahiblərinə etirazlarla müşayiət olunub.
Sualı isə belə ünvanlamışdıq: "Azərbaycan futbolunda hakim səhvlərinin səbəbi nədir?"
Sorğusunda iştirak edən respondentlərin 49,57%-i hakim səhvlərinin səbəbini onların təcrübəsizliklərində görür. Səsvermənin yekunu aşağıdakı kimidir:
Təcrübəsizdirlər - 58 (49.57%)
Təsadüfi adamlardırlar - 4 (3.42%)
Sifarişlə oyun idarə edirlər - 42 (35.9%)
Qonorarları onları qane etmir - 3 (2.56%)
Futbolçularla bacarmırlar - 10 (8.55%)
Qeyd edək ki, sorğuda iştirak etmək üçün sayta daxil olmaq və səsverməyə qoşulmaq lazımdır. Çünki operativliyi qorumaq naminə hər birinizin səsverməsi qeydə alınacaq. Sorğu üçün ayrılmış vaxt başa çatandan sonra saytımızda yekun nəticəni açıqlayacağıq.
Səsverməyə qatılmaq üçün saytımızın mərkəzi sağ tərəfində - xəbər lentinin altındakı bölmədə seçiminizi edə bilərsiniz. Buyurun, uyğun variantlarınızı seçərək səsvermədə iştirak edin.