UEFA
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ”ın rəqiblərindən "İnter”
dünən "Dnepr”lə oyunda qazandığı qələbədən sonra növbəti mərhələ şansını artıq
təmin edib. Sportnet.az-ın məlumatına görə, İtaliya klubunun baş məşqçisi
Roberto Mançini matçdan sonra verdiyi açıqlamalarda Bakıya əsas heyəti
gətirməyəcəyini dolayı yolla təsdiqləyib.
Mançini
açıqlamasında "Dnepr”lə görüşdəki qalibiyyətin vacib olduğunu vurğulayıb. O, "Qarabağ”la
son turdakı matçda qrup liderliyindən narahat olmamaq üçün "Dnepr”lə oyunda
qələbəyə oynadıqlarını bildirib.
Artıq
"İnter” qrupda vahid liderdir və son turda "Qarabağ”la Bakıdakı qarşılaşmanın
nəticəsindən asılı olmayaraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb.
Belə olan halda, Mançinin Bakıdakı özləri üçün formal saylacaq qarşılaşmada
əsas heyətin üzvlərindən istifadə etməyəcəyi gözlənilir.
Qeyd edək ki, "İnter" 2 mövsüm öncə Avropa Liqasında qrup mərhələsinin "Neftçi"yə qarşı son matçında da əsas heyət üzvlərinin əksəriyyətini oynatmayıb.