Fransada səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Lans" futbol klubu ətrafında yaranmış müəmmalı durumla bağlı fikirlərini bölüşüb. Rəhimov "L Equipe 21"ə açıqlamasında iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün "Lans"a kömək etməyə hazır olduqalarını bildirib.
Nazir bir neçə gün öncəklub prezidenti Jerve Martellə
də bu barədə danışdıqlarını söyləyib: "Biz klub prezidenti Jerve
Martelə vəd etdik ki, problemin həllində dəstək olmaq üçün bütün mümkün olanı
edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa
arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi
münasibətlərimizə bulud da kölgə sala bilməz".
Qeyd edək ki, "Lans" klubu azərbaycanlı
iş adamı Hafiz Məmmədova məxsusdur. Lakin Məmmədov biznesindəki
problemlərlə əlaqədar kluba lazımi dəstəyi verə bilmir. (Report.az)