Bu gün
AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə,
iclasda Topaz Premyer Liqasının XV turunun
"Xəzər Lənkəran” – "Qəbələ” matçında baş
verənlərlə bağlı qərar qəbul edilib.
Matçda "Qəbələ”
klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.
Oyunun 58 və 82 - ci
dəqiqələrində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya
kənar əşya atıldığına görə isə cənub təmsilçisi 2000 manat cərimə olunur.
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Qəbələ” matçı 3:0 hesabı ilə başa çatıb.