
"Qarabağ"ın sabiq məşqçisi Fatih Kavlak Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun İtaliya "İnter"i ilə oyunda qeydə alınmayan qoluna münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, türkiyəli mütəxəssis öz "Facebook" hesabında "Hələ də özümə gələ bilməmişəm. UEFA bu hadisəni ya həll edəcək, ya həll edəcək!!!" - deyə fikirlərini yazıb.
	Bundan əlavə o, nəticə dəyiməsə də, ən azından hakimin bu qərarının arxasında nə durduğunun üzə çıxmasını istədiyini bildirib: "Nəticəni dəyişə bilməzlər. Hakim oyundankənar verib, orada ofsayd yoxdur, qolu sayırıq deyə bilməzlər. Amma hakimin qərarının altında nə olduğunu tapsalar, o zaman nəsə dəyişə bilər. Onu da tapmaq üçün telefon zənglərini, bank hesablarını araşdırmalıdırlar. Əgər altda yatan səbəb UEFA-nın özü deyilsə..."
	Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan "Qarabağ" - "İnter" matçını çexiyalı referi Miroslav Zelinka idarə edib.









                 





    
    
    
    
    
    
    
    
    






















































