
Hazırda vətəni Bolqarıstanda olan "İnter" klubunun prezidenti Georgi Nikolov komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin Gürcüstan millisi ilə müqavilə bağlamasına münasibət bildirib. Sportnet.az xәbәr verir ki, Nikolov Tsxadadzenin ondan xəbərsiz klubun fəxri prezidenti və Direktorlar Şurasının sədri Cahangir Hacıyevlə danışıqlar aparmasını və eyni vaxtda iki yerdə işləməyə razılıq almasını düzgün hərəkət saymayıb:
Nikolov bildirib ki, yeni baş məşqçinin axtarışlarına başlayacaqlar və fevral ayından sonra "İnter”i növbəti mövsümdən kimin çalışdıracağı bəlli olacaq: "Təbii ki, biz indi yeni baş məşqçi axtaracağıq. Çox güman ki, fevral ayından sonra bütün səylərimizlə çalışıb çempionat bitənə qədər komandaya avvrokuboklarda və növbəti mövsümdə kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcəyik. Biz "İnter”ə layiqli məşqçi tapmalıyıq. Bu bizim üçün çox vacib qərar olacaq. Çünki komandamız illərdir Tsxadadzenin rəhbərliyi altında çıxış edirdi. Elə məşqçi tapmalıyıq ki, onun kimi davamlı işləyən və nəticə əldə edən biri olsun”.