"Neftçi"nin baş məşqçisi Arif Əsədov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı ilə bağlı fikirlərini açıqlayıb. Sportnet.az xəbər verir ki, Əsədov klubun rəsmi saytına toplanış zamanı keçirəcəyi yoldaşlıq görüşündə üz-üzə gələcəkləri komandalardan danışıb.
O deyib: "Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulub. Təlim-məşq müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı oyun günləri də məşq planlaşdırılıb. Orada olduğumuz müddətdə azı 6 yoxlama oyunu keçirəcəyik".
Mütəxəssis daha güclü komandalarla qarşılaşmamalarının səbəbini də açıqlayıb: "Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, "Metallist" Xarkov, "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Amma belə olan halda oyunlarımızı məskunlaşacağımız "Mardan İdman Kompleksi"ndən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdi. Ona görə də təlim-məşq keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik. Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" komandası Asiya Çempionlar Liqasının da iştirakçısıdır".
Baş məşqçi bildirib ki, "Neftçi"nin rəqibləri müxtəlif oyun üslubuna malik komandalardır. Əsədovun fikrincə, bu, çatışmayan cəhətləri daha yaxşı analiz etmək imkanı yaradır: "Təlim-məşq müddətində gənc yerli oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |