Bu gün FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.. Sportnet.az-ın məlumatına görə, komandamız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən matçda millimiz meydan sahiblərini 2:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Nikolay Adamın yetirmələri ilk qarşılaşmada Yaponiya millisini 1:0, Rusiya-2 komandasını isə 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlamağı bacarıb.
Bombardirlər: Domi Massumo ("Qəbələ") - 16, Emil Qasımov ("Karvan") - 15, Bəhruz Teymurov ("Karvan) - 13, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 11 qol.