
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb. Sportnet.az-ın məlumatına görə, görüşdə U-19 yığmamızın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, elit-raundun oyunları 26 - 31 martda Fransada təşkil olunacaq. Millimiz Fransa, İngiltərə və Danimarka ilə birgə 7-ci qrupda yer alacaq.