Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı "Qəbələ"nin Sloveniyada keçirəcəyi təlim-məşq prosesi zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib. Bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
İyunun 15-də Azərbaycan təmsiçisi Sloveniyanın 3-cü dəstə komandası "Stoynitsa" ilə üz-üzə gələcək. Hələ də baş məşqçi məsələsində qeyri-müəyyənlik hökm sürən "Qəbələ" son yoxlama görüşünü iyunun 26-da Sloveniya çempionu "Maribor"a qarşı keçirəcək. Komandanın "sükanı arxası"na keçməsi gözlənilən, lakin son anda AEL-lə müqaviləsini uzadan İvaylo Petevin planına uyğun olaraq, sparrinqlərlə anlaşan "Qəbələ" Serbiya "Yaqodina"sı və Sloveniya "Kopel"i ilə də yoxlama görüşləri keçirmək barədə ilkin razılıq əldə edib. Lakin bu klublarla qarşılaşmalar baş tutmaya da bilər. Çünki gətiriləcək yeni məşqçinin fərqli rəqiblərlə üz-üzə gəlmək versiyası da istisna olunmur.
Əlavə edək ki, bu gün saat 19:00-da Maribor yaxınlığında yerləşən Ptuy şəhərinə çatacaq komanda, bir qədər sonra Sənan Qurbanovun rəhbərliyi altında yüngül məşq keçəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |