1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Uzunca yenə hakimlərdən narazı qaldı
"Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı”nın baş məşqçisi İbrahim Uzunca "Simurq"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra deyib.
Türkiyəli mütəxəssis Ömər Paşayevin hakimliyindən də narazılıq edib: "Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər".
Əvəzində Uzunca futbolçularına minnətdarlıq edib: "Bu gün 0:3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.