
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" səfərdə 1:2 hesabı ilə uduzduğu Belçika "Brügge"sinə evində də yenilib - 1:3. Hərçənd, ilk görüşdəki kimi təkrar qarşılaşmada da ilk qolu "qara qartallar" vurub.
Növbəti mərhələyə İtaliya və Ukraynanın hamıdan çox - hərəyə 2 komandası yüksəlib. "Napoli" Rusiyanın "Dinamo" (Moskva), "Fiorentina" isə elə İtaliyanın digər klubu "Roma"nı mübarizədən kənarlaşdırıb. Əvəzində "Qarabağ"ın qrup mərhələsində rəqibi olmuş "İnter" Almaniya "Volfsburq"una evində də yenilərək, çıxışlarını başa vurub.
Ukrayna təmsilçilərindən hər ikisi - Kiyev "Dinamo"su ilə "Dnepr" 1/4 finala çıxıb. Onlar müvafiq olaraq, İngiltərə "Tottenhem"i ilə Hollandiya "Ayaks"ını üstələyiblər. Paytaxt komandası rəqibini darmadağın edib. "Qarabağ"ın qrup mərhələsindəki daha bir rəqibi isə əlavə vaxtda vurduğu qol sayəsində mərhələ adlayıb.
1/4 finalda Rusiyanı yalnız "Zenit" təmsil edəcək. Sankt-Peterburq komandası İtaliyada "Torino"ya minimal hesabla uduzsa da, ilk matçda daha fərqli qələbə sayəsində yoluna davam edəcək.
Beləliklə, 1/4 finala bu komandalar vəsiqə qazanıb: "Napoli", "Fiorentina" (hər ikisi İtaliya), "Dinamo", "Dnepr" (hər ikisi Ukrayna), "Sevilya" (İspaniya), "Volfsburq" (Almaniya), "Brügge" (Belçika), "Zenit" (Rusiya).
Avropa Liqası, 1/8 final
Cavab oyunları
21:00. "Dinamo" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 0:0
İlk oyun: 1:3
22:00. "Roma" (İtaliya) - "Fiorentina" (İtaliya) - 0:3
Qol: Qonsalo Rodriges, 9; 21. Markos Alonso, 18
İlk oyun: 1:1
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Everton" (İngiltərə) - 5:2
Qollar: Andrey Yarmolenko, 21. Lukaş Teodorçik, 35. Migel Velozu, 38. Oleq Qusev, 56. Antunes, 76.- Romelu Lukaku, 29. Yaqielka, 82.
İlk oyun: 1:2
00:05. "Beşiktaş" (Türkiyə) - "Brügge" (Belçika) - 1:3
Qollar: Ramon Motta, 48 - Tom de Sutter, 61. Boli Bolinqboli Mbombo, 80; 90
Qırmızı vərəqə: Olcay Şahan, 90+2 ("Beşiktaş")
İlk oyun: 1:2
00:05 "Torino" (İtaliya) - "Zenit" (Rusiya) - 1:0
Qol: Kamil Qlik, 25
İlk oyun: 0:2
00:05. "İnter" (İtaliya) - "Volfsburq" (Almaniya) - 1:2
Qollar: Rodriqo Palasio, 71 - Daniel Kaliciuri, 24. Niklas Bendtner, 89
İlk oyun: 1:3
00:05. "Sevilya" (İspaniya) - "Vilyarreal" (İspaniya) - 2:1
Qollar: İborra, 69. Denis Suares, 81 - Covanni Dos Santos, 74
İlk oyun: 3:1
00:05. "Ayaks" (Hollandiya) - "Dnepr" (Ukrayna) - 2:1 (ƏLAVƏ VAXT - 1:1)
Qol: Rihedli Bazur, 60. Mark van der Horn, 117 - Yevgeni Konoplyanka, 97
İlk oyun: 0:1
Qeyd edək ki, 1/4 final oyunları 16 və 23 apreldə keçiriləcək. Püşkatma isə bu gün olacaq.