Bu gün
saat 21.00-dan etibarən DÇ-2014 həyəcanı davam edəcək. Sportnet.az-ın məlumatına
görə, 3-cü oyun gününə C qrupunda
mübarizə aparan Kolumbiya və Yunanıstan yığma komandaları arasındakı görüşlə start veriləcək.
Bu qrupun
digər qarşılaşmasında Kot d İvuar Yaponiya ilə üz-üzə gələcək.
Bu gecə
D qrupunun iştirakçıları da mübarizəyə qoşulacaqlar. Əvvəlcə Uruqvay – Kosta-Rika
cütlüyü üz-üzə gələcək, daha sonra isə İngiltərə və İtaliya yığmaları münasibətlərinə
aydınlıq gətirəcəklər.
Sportnet.az saytının 4 oyunun hər biri ilə bağlı reportajını ONLİNE bölməsində izləyə bilərsiniz...