
İnternet qaynaqlarında bildirilir ki,7 il öncə Rusiya çempionatında "Luç"a 1:2 hesablı məğlubiyyətlə başa çatan səfər oyunundan sonra Amisulaşvili Vladivostokda qalaraq, kafeyə yollanıb. Səhərədək o, dostları ilə əyləndikdən sonra 25 yaşlı qadını buraxmayıb və onu zorlayıb. Həmin qadın isə polisə müraciət edib. Hüquq-mühafizə orqanları tezliklə Amisulaşvilini həbs ediblər.
Faktla bağlı cinayət işi qaldırılıb. Amma sonradan futbolçu "Sovsport"a açıqlamasında "Luç"la oyundan sonra Vladivostokda qaldığını təsdiqləsə də, saxlanılaraq, zorlamada ittiham olunmasına dair xəbərləri təkzib edib.
Qeyd edək ki, hazırda 32 yaşında olan Aleksandr Amisulaşvili "İnter"lə 1 illik müqavilə bağlayıb.