1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çempionat bitsin, sonrasına baxarıq" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Viktor Mendinin Sportnet.az-a müsahibəsi
- "Qəbələ" "Neftçi" ilə matçda gözləniləndən də yüksək səviyyədə çıxış edərək, qızıl medal qazandı. Bunu nə ilə əlaqələndirərdiniz?
- Deməzdim ki, biz gözlənilməz oyun göstərdik. Çünki ardıcıl qələbələr gəlir. Bundan da yaxşı oyunlar nümayiş etdirmişik. Hətta deyərdim ki, digər matçlara nisbətən daha zəif oynadıq. Çünki bu gün daha çox müdafiə olunduq. Əks-hücumlur oldu və onlardan istifadə etdik. Sonda nəticə bizim xeyrimizə oldu.
- "Neftçi" ilə aradakı xal fərqi 3-ə endi. Hədəf növbəti oyunlarda 3-ü pilləyə yüksəlməkdir?
- Fikirlərimizi buna yönəltmək istəməzdik. Biz işimizi oyundan-oyuna yaxşı və davamlı etsək, üçüncü pillə özü gələcək.
- Oyunda gərginlik vardı. Buna səbəb nə idi?
- Bu oyunu derbi adlandırmaq olar. Çünki biz ən yaxşı komandalardan birinə qarşı oynadıq. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Ona görə də kənardan gərginlik kimi görsənirdi. Əslində isə gərginlik yox idi, sadəcə, hər iki tərəf qalib gəlməyə çalışırdı.
- "Qəbələ" ardıcıl 7-ci qələbəsi qazandı. Komandada nə kimi dəyişikliklər oldu ki, uğurlar ard-arda gəlir?
- Komandamız yaxşı oyun nümayiş etdirməyə çalışıb. Biz oyunçular artıq bir-birimizi daha yaxşı tanımağa başlamışıq. Məsələn, mövsümün əvvəlində bir-birimizin oyun üslubuna elə də bələd deyildik. Ama zamanla düzəldi. Bunun nəticəsi olaraq, artıq yaxşı oyunlar nümayiş etdiririk.
- Demək olar ki, Avropa Liqasına vəsiqəni təmin etmisiniz. Bu dəfə komandanı hansı aqibət gözləyir: Dorinel Muntyanu biabirçiliğının davamı, yoxsa Roman Qriqorçiklə yeni səhifə?
- Az öncə də dediyim kimi, həmin ərəfələrdə yeni futbolçular da komandaya cəlb olunmuşdu və bir-birimizi yaxşı tanımırdıq. Bu səbəbdən, elə uğursuzluqlar oldu. Hazırda isə yalnız ölkə çempionatını düşünürük. İndidən Avroliqanı düşünmək istəməzdim. Əsas çempionat bitsin, sonrasına baxarıq.
- Qolu vurduqdan sonra edilən jestin anlamı nədir?
- (Gülür) Bu, klubun həkimlər korpusu ilə bizlərin arasında olan xüsusi təbrikdir.