Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Barselona" öz meydanında PSJ-nı qəbul edib. Oyunu Sveyn Moenin başçılıq etdiyi norveçli hakimlər briqadasının idarə etdiyi matç 2:0 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında ilk görüş 3:1 hesabı ilə Katalonya təmsilçisinin qələbəsi ilə başa çatıb. İlk yarımfinalçı Katalonya klubu olub.
"Porto" isə ilk görüşdə öz meydanında 3:1 hesabı ilə məğlub etdiyi "Bavariya"nın qonağı olub. "Bavariya" gözləniləndən də yüksək səviyyəli oyun sayəsində rəqibini darmadağın edib. Matçda rəqibinə "dərs" keçən Almaniya təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Beləliklə, ikinci yarımfinalçı "Bavariya" olub.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarınında "Real" (Madrid) - "Atletiko" və "Monako" - "Yuventus" matçları isə sabah keçiriləcək.
Çempionlar Liqası, 1/4 final mərhələsinin cavab görüşləri
21 aprel
"Barselona" - PSJ 2:0 (İlk oyun - 3:1)
Qollar: Neymar, 14, 34
"Bavariya" - "Porto" 6:1 (İlk oyun 1:3)
Qırmızı vərəqə: İvan Markano, 87
"Bavariya”: Manuel Noyer, Rafinya, Boatenq, Bernat, Badştuber, Xabi Alonso, Alkantara, Filipp Lam, Levandovski, Mario Götze, Tomas Müller. Baş məşqçi: Xosep Qvardiola.
22 aprel
"Real" (Madrid) - "Atletiko" (ilk oyun 0:0)
"Monako" - "Yuventus" (ilk oyun 0:1)