1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov ağır qrafik və azarkeşlər haqda
"Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, oyun da elə alındı". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"ni 3:2 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra deyib.
Komandasının ağır qrafiklə çıxış etdiyini deyən 43 yaşlı mütəxəssis bildirib ki, oyun hər iki komanda üçün çətin alınıb: "Düşünürəm ki, bu qrafikdə uğurlu oyunlar sərgilədik. Həm kubokun finalına vəsiqə qazandıq, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Mən "Neftçi”ni təbrik etmək istəyirəm. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.