Amma onun məhz 16 ildən sonra Kitaba salınmasının səbəbi bilinmir. Əfsanəvi müdafiəçi 1982, 1986, 1990, 1994 və 1998-ci illərdə keçirilmiş mundiallara qatılıb. Ümumilikdə Matteus Bundestimin heyətində 150 oyun keçirib, 1990-cı ildə dünya çempionluğu əldə edərkən, komandanın kapitanı və 4 qolla bombardiri olub, "Qızıl top"u qazanıb. O vaxtdan Almaniya millisi heç vaxt planetin ən güclüsü ola bilməyib.
Qeyd edək ki, Lotar Matteus futbolçu karyerasını başa vurduqdan sonra müxtəlif komandaların baş məşqçisi olub. Amma son illər o, işsizdir.