"Heyətlə bağlı problemlər var. Məcbur olduq gənclərə şans verdik". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Topaz Premyer Liqasının XXXIII turunda "İnter"in qonağı olan "ağ-qaralar" rəqibinə 0:4 hesabı ilə məğlub olub. Oyundan sonra keçirilən mətbuat konfransında Arif Əsədov sözlərinə belə davam edib: "Hiss olunur ki, çempionata motivasiya azalıb. Düşünürəm ki, əsas məqsəd zədəlilərin heyətə qayıtmasıdır ki, kuboka tam heyətlə hazırlaşaq".
Oyunda baş məşqçisi istefaya səsləndirən azarkeşlər haqda isə təcrübəli mütəxəssis bunları söyləyib: "Azarkeşlərin istefa şüarını normal qarşılayıram. Çünki azarkeşlər qələbə istəyir. Bu gün istefa qışqıranlar zaman keçdikcə alqışlaya bilərlər. Çünki 6 il bundan əvvəl belə halla rastlaşmışam. "Neftçi"də ya çempion olmalısan, ya da kubok qazanmalısan. İnanıram ki, kubokda qələbə qazanacağıq. Gənc futbolçularla uduzduq. Ancaq nəticə olmasa da bu futbolçular Azərbaycan futboluna qazandırılır. İstefaya gəlincə, hazırda mən rəhbərlikdən dəstək görürəm. Heç bir futbolçunu göndərmək fikrimiz yoxdu. Əksinə daha güclü komanda qurmağı planlaşdırırıq. Hər bir kiçik nüans futbolçunun oyununa təsir edə bilər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |