
"İkinci yer yaxşı nəticədir. Keçmiş komandama uğurlar arzu edirəm. Bu mövsüm layiqli mübarizə aparıb, gümüş medallar qazandıq. Çempion olmaq üçün cüzi şansımız vardı. Ancaq "Qarabağ" bu şansa imkan vermədi. Onları da, özümüzü də təbrik edirəm. Çempionat ərzində yaxşı mübarizə apardıq". Sportnet.az-ın məlumatıan görə, bu sözləri "İnter"in futbolçusu Elvin Məmmədov Topaz Premyer Liqasının XXXV turunda "Qarabağ"la oyundan sonra (2:1) deyib.
Ötən gün "Qarabağ"a transferi rəsmiləşən futbolçu yeni klubu ilə bağlı bunları deyib: "İlk olaraq komandama uyğunlaşmağa çalışacam. Düzdür ağır olacaq, ancaq bunu mütləq etməliyəm. Rəqiblərim də yaxşı rəqiblərdir. Maksimum üzərimdə işləyib, komandama xeyir vermək istəyirəm".