
"Xəzər Lənkəran" klubunun futbolçusu Adrian Skarlatake son turun oyununu buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXXV turunda "Sumqayıt”la matçın 89-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu 1 oyun cəzalanıb.
Bununla yanaşı İntizam Komitəsi Lənkəran təmsilçisini 200 manat cərimələyib.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran matçı 2:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran matçı 2:0 hesabı ilə yekunlaşıb.