Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının ilk iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
I. AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Müşahidə Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq olunsun
1. Müzəffər Qasımov - Futbol veteranı
2. Xanlar Fətiyev - Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı
3. Elmir Vəliyev - "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri
4. Mikayıl Quluyev - AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist
5. Sərxan Babayev - "DET-AL Alüminium" MMC-nin baş direktoru
6. Namiq Məmmədov - "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri
7. Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi
II. "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilsin.
III. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev baş məşqçi təsdiq olunsun.
IV. "Kəpəz" Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru təsdiq olunsun.
V. Yeni strukturun layihəsi hazırlansın.