1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"ın Müşahidə Şurasının iclası keçirilib
Bu gün "Sumqayıt"ın baş sponsoru olan "Azərikimya" İstehsalat Birliyinin inzibati binasında "Sumqayıt" FK-nun Müşahidə Şurasının növbəti iclası baş tutub. Sportnet.az-ın məlumatına görə, tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib.
Müşahidə Şurasının iclasında klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub.
Müşahidə Şurasının növbəti iclasının 2014/2015 mövsümünün sonunda baş tutması planlaşdırılır.
Qeyd edək ki, 2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul olunmuşdu.