Portuqaliyada polislər "Benfika" klubunun azarkeşini iki azyaşlı oğlunun gözləri qarşısında döyüblər. Sportnet.az-ın "Daily Mirror"a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının nümayəndələri fanatın sifətinə bir neçə zərbə endiriblər.
Habelə, onun yanında qohumu olduğu güman edilən ahıl kişi də döyülüb. Polislər azarkeşi yerə sərərək, əlini qandallayıblar. Yoldan keçənlər zərərçəkəni müdafiə etmək istəsələr də, hədələnərək, kənarlaşdırılıblar.
Qeyd edək ki, insident mayın 17-də "Vitoriya" ilə "Benfika" arasında keçirilmiş matçdan sonra baş verib. 0:0 hesabı ilə nəticələnən oyun "Benfika"nın tarixində 34-cü dəfə Portuqaliya çempionluğunu rəsmiləşdirib. Qarşılaşmanın ardından azarkeşlərlə polislər arasında Lissabonda toqquşmalar yaşanıb.